Texnologiya ilə sağlam gələcək qururuq
Laitech Azərbaycanda tibbi texnologiyalar hazırlayan texnologiya şirkətidir. Səhiyyədə hər gün yaranan böyük həcmdə məlumatı ağıllı texnologiyalarla oxuyur, həkim, klinika və insan üçün aydın və vaxtında qərara çeviririk.
Səhiyyənin hər mərhələsi üçün ağıllı texnologiya
Məlumatdan nəticəyə
Analiz
Laboratoriya, üz analizi və genetik məlumatları birləşdirərək hər insan üçün aydın və izahlı nəticəyə çeviririk.
Vaxtında və doğru qərar
Klinik qərar
Bioloji yaş, orqan sağlamlığı və risk qiymətləndirməsi ilə həkimin vaxtında və doğru qərar verməsinə kömək edirik.
Doğru xidmət strategiyası
Qayğı
Pasiyent məlumatlarını təhlil edərək hər pasiyent üçün ən uyğun xidməti və münasibət strategiyasını müəyyən edirik.
Klinik tədqiqatlara dəstək
Elmi tədqiqatlar
Həkim və tədqiqatçılara elmi və klinik tədqiqatları kod yazmadan, beynəlxalq standartlara uyğun aparmaq imkanı veririk.
İnsan sağlamlığı öncəliyimizdir.
Yaratdığımız hər texnologiya insanlara fayda vermək üçündür: məlumatı biliyə, biliyi qərara, qərarı isə daha sağlam həyata çeviririk. Laboratoriyadan klinikaya, genetikadan sığortaya qədər səhiyyənin hər mərhələsi üçün elmə əsaslanan və beynəlxalq standartlara uyğun həllər qururuq.
Missiyamız
Dünyanın ən qabaqcıl texnologiyaları ilə insan ömrünü uzadan və həyat keyfiyyətini yüksəldən həllər yaratmaq, onları hər kəsin gündəlik həyatının ayrılmaz hissəsinə çevirmək.
Baxışımız
Etik dəyərlərə sadiq qalaraq texnologiyanın inkişafını insan sağlamlığının xidmətinə vermək: elmi tədqiqatlarla tibbin gələcəyinə töhfə vermək, insanları maarifləndirmək və ağıllı texnologiyaları hər kəsin sağlamlığı üçün etibarlı vasitəyə çevirmək.
İnsan sağlamlığına öncəlik
Hər qərarımızda insanın sağlamlığını və mənafeyini kommersiya maraqlarından üstün tuturuq.
İnnovasiya
Ən qabaqcıl texnologiyaları səhiyyədə real fayda verən, istifadəyə hazır həllərə çeviririk.
Elmi əsaslılıq
Hər həllimiz elmi tədqiqatlara, rəsmi klinik mənbələrə və sübuta əsaslanır.
Beynəlxalq standartlara sadiqlik
Beynəlxalq tibbi standartlar məhsullarımızın təməlini təşkil edir və onların istənilən sistemlə uyğunluğunu təmin edir.
Məxfilik və məlumat təhlükəsizliyi
Sağlamlıq məlumatları yalnız razılıq əsasında emal olunur və ən yüksək səviyyədə qorunur.
Açıqlıq və əməkdaşlıq
Platformalarımız tərəfdaşlarla inteqrasiyaya açıqdır; əməkdaşlığı qarşılıqlı etimad üzərində qururuq.