Sağlamlığınızın qayğısına texnologiya ilə qalırıq
Komandamız mobil tətbiqlərdən ağıllı cihaz inteqrasiyasına, uzaqdan pasiyent monitorinqindən klinik tədqiqatlara qədər layihənizi ideyadan istifadəyə çatdırır. Tibbi texnologiyalarla yanaşı digər sahələr üçün də proqram təminatı hazırlayırıq.
Mobil tətbiqlər
iOS və Android tətbiqləri: pasiyent və həkim tətbiqlərindən başqa sahələrdəki şirkətlərin müştəri tətbiqlərinə qədər, dizayndan mağazada yayıma qədər.
- Pasiyent və həkim tətbiqləri
- Şirkətlər üçün müştəri tətbiqləri
- Bildirişlər, ödəniş və inteqrasiyalar
- Doqquz dil dəstəyi
iMedical
şəxsi sağlamlıq tətbiqi
Laylay
qadın və uşaq sağlamlığı tətbiqi
Ağıllı cihaz inteqrasiyası
Ağıllı üzük, qolbaq və saatlardan nəbz, yuxu, aktivlik və oksigen saturasiyası kimi göstəricilərin tətbiqlərə və klinik sistemlərə inteqrasiyası.
- Ağıllı üzüklər
- Ağıllı qolbaqlar və saatlar
- Telefon sağlamlıq platformaları
- Göstəricilərin klinik kontekstdə şərhi
Ağıllı pasiyent monitorinqi
Evdə və xəstəxanadan kənarda pasiyentlərin uzaqdan izlənməsi: göstərici həddən kənara çıxanda həkimə və tibb bacısına vaxtında xəbərdarlıq.
- Xroniki xəstəliklərin izlənməsi
- Əməliyyatdan sonrakı nəzarət
- Avtomatik xəbərdarlıqlar
- Həkim üçün monitorinq paneli
Klinik tədqiqat həlləri
Klinik tədqiqatları dəstəkləyən məlumat platformaları: məlumatın toplanması, beynəlxalq standartlarla kodlaşdırılması, anonimləşdirmə və analitika.
- Elektron məlumat toplama
- LOINC, ICD-10, SNOMED CT kodlaşdırma
- Anonimləşdirmə və məxfilik
- Tədqiqat analitikası və hesabatlar
Fərdi proqram həlləri
Tibbi texnologiyalarla yanaşı, başqa sahələrdə fəaliyyət göstərən şirkətlər üçün də proqram təminatı hazırlayırıq: veb platformalar, korporativ sistemlər və ağıllı texnologiya həlləri, ideyadan istifadəyə qədər.
- Veb platformalar və portallar
- Korporativ idarəetmə sistemləri
- Sistem inteqrasiyaları və API
- Ağıllı texnologiyalar və məlumat analitikası