Laboratoriya nəticəsini aydın qərara çevirin

Lab Analyzer: Laboratoriya nəticələrinin ağıllı analizi

Lab Analyzer nəticələri Tibbi Qərar Sistemindən keçirir: hər testi beynəlxalq standartlarla eyniləşdirir, yaşa, cinsə, fizioloji vəziyyətə və kontekstə görə qiymətləndirir, çox testli patternlərlə xəstəlikləri erkən görür və nümunə xətalarını nəticə pasiyentə çatmadan tutur. Pasiyent sadə dildə, həkim klinik dildə, laboratoriya isə keyfiyyət dilində cavab alır.

543 · test üçün qiymətləndirmə qaydası

68 · hesablanan klinik indeks

543 · çox testli klinik pattern

290 · vəziyyət, ICD-10 və SNOMED CT ilə

İmkanlar

Standartlaşdırma

LOINC ilə test kimliyi, UCUM ilə vahid, laboratoriyanın öz istinad aralıqları; kod və vahid qarışıqlıqları avtomatik tutulur.

Yeddi səviyyəli qiymətləndirmə

Hər nəticə L1-L7 şkalasında: 25 yaş qrupu, cins, hamiləlik, menopauza və tsikl fazası nəzərə alınır.

Çox testli patternlər

543 klinik pattern, 290 vəziyyət və 68 hesablanan indeks; tapıntılar ICD-10 və SNOMED CT ilə kodlaşdırılır.

Laboratoriya xətalarının aşkarlanması

13 xəta növü üzrə 38 qayda: kontaminasiya, gecikmiş ayırma, nümunə qarışıqlığı, cihaz, metod və vahid xətaları.

Kontekst və gedişat

Dərman, biotin, aclıq, idman və hamiləliyin təsiri nəzərə alınır; əvvəlki nəticələrlə dəyişmə bioloji variasiyaya görə ölçülür.

Təcili vəziyyətlər

Dörd təcililik səviyyəsi; kritik dəyərlər mənbəli hədlərlə dərhal işarələnir.

Lab Analyzer: necə işləyir

Nəticə gəlir

API, FHIR, HL7 və ya PDF, skan, şəkil ilə.

Yoxlanılır

Standartlaşdırma və nümunə keyfiyyəti yoxlaması.

Təhlil olunur

Səviyyə, kontekst, gedişat, pattern və təcililik.

Hesabat çatır

Pasiyentə, həkimə və laboratoriyaya, öz brendinizdə.

Hədəf seqmentlər

Rəqəmdən qərara yeddi addım

Laboratoriyadan gələn hər nəticə eyni yoldan keçir. Hər addım beynəlxalq standartlara və mənbəli qaydalara əsaslanır.

Standartlaşdırma

LOINC 2.83 ilə 112 405 termin, UCUM vahidləri; prokalsitonin və trombokrit, Lp(a) mg/dL və nmol/L kimi qarışıqlıqlar avtomatik düzəlir.

Keyfiyyət yoxlaması

Nəticə yayılmadan əvvəl nümunə, daşınma, cihaz və məlumat girişi xətaları süzgəcdən keçir.

Qiymətləndirmə

L1-L7 şkalası: 25 yaş qrupu, cins, hamiləlik, menopauza və tsikl fazası; laboratoriyanın öz istinad aralığı əsasında.

Kontekst

Biotin, dərmanlar, aclıq, idman, siqaret, kəskin xəstəlik və qida əlavələrinin nəticəyə təsiri.

Gedişat

Əvvəlki nəticələrlə müqayisə: 171 test üçün EFLM bioloji variasiyası ilə real dəyişmə.

Pattern və vəziyyət

543 çox testli pattern, 290 vəziyyət, 68 hesablanan indeks; ICD-10 və SNOMED CT kodları.

Hesabat və plan

Pasiyent və həkim hesabatı, təkrar test qaydaları, Test Planı və elektron göndəriş.

Səhv nəticə pasiyentə çatmadan tutulur

Lab Analyzer hər nəticəni yalnız pasiyent üçün deyil, laboratoriya üçün də oxuyur. 13 xəta növü üzrə 38 qayda nümunə, daşınma, cihaz və məlumat girişi xətalarını aşkarlayır, hər tapıntını mərhələsi və mənbəyi ilə göstərir.

Nümunə analiz

Kalium

6,8 mmol/L

LDH

412 U/L

AST

58 U/L

Kreatinin

74 µmol/L

Natrium

139 mmol/L

Hemoliz şübhəsi

Preanalitik mərhələ · qan alma

Yeni nümunə alınsın; kritik kalium təcili işarəsini saxlayır.

13 xəta növü

Keyfiyyət hesabatı

Dövr üzrə xəta xronologiyası, xəta növü, test və analizator üzrə Pareto və konkret fəaliyyət siyahısı.

Cihaz profilləri

67 test üçün istehsalçı metod profilləri: Roche, Abbott, Siemens, Beckman, Mindray, Sysmex.

Mərhələ və sahə

Hər xəta preanalitik, analitik və ya postanalitik mərhələyə və qan alma, daşınma, cihaz, metod, məlumat girişi sahəsinə bağlanır.

Hər oxucuya öz dilində

Pasiyent hesabatı

Sadə dildə izah, PDF və JSON, doqquz dildə.

Həkim üçün klinik xülasə

Tapıntılar, ICD-10 kodları, təcililik və növbəti addım bir baxışda.

Sağlamlıq tövsiyələri

275 vəziyyət üzrə qidalanma, qida əlavələri və həkim yönləndirməsi.

Mövzu hesabatları

Qadın və kişi sağlamlığı, menopauza, əhval, diabet riski, alkoqol istifadəsi, yumurtalıq yaşı.

Öz brendinizdə

Laboratoriyanın adı və loqosu hesabatın üz qabığında və hər səhifəsində.

Test Planı və elektron göndəriş

Hansı testin nə vaxt təkrarlanmalı olduğu və pasiyentin laboratoriyanıza yönləndirilməsi.

Hər qayda mənbəyə əsaslanır

Hədlər, aralıqlar və qaydalar elmi mənbələrdən gəlir, hər biri yoxlama səviyyəsi ilə qeyd olunur. Sistem isə mövcud infrastrukturunuza standart yollarla qoşulur.

2 046 · elmi mənbə

171 · test üçün bioloji variasiya

13 · mənbəli təkrar test qaydası

4 · təcililik səviyyəsi

Qoşulma yolları

PDF və şəkildən oxunan nəticə həmişə istifadəçi təsdiqindən sonra təhlil olunur.